Klublararası Dünya Çempionatının qrup mərhələsində "Bavariya" ilə Yeni Zelandiyanın "Oklend Siti" klubu qarşılaşıb.
Yenisabah.az xəbər verir ki, matç TQL Stadionunda (Sinsinnati, ABŞ) keçirilib. Münhen təmsilçisi turnirə rəqibini darmadağın edərək başlayıb - 10:0.
C qrupunun növbəti oyununda "Bavariya" iyunun 21-də Argentinanın "Boka Xuniors" klubu ilə, "Oklend Siti" isə Portuqaliya "Benfika"sı ilə qarşılaşacaq.
Qeyd edək ki, FIFA Klublararası Dünya Çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Turnirdə dörd komandadan ibarət səkkiz qrupa bölünən 32 klub iştirak edir. Hər qrupdan iki ən yaxşı komanda pley-off mərhələsinə yüksələcək.
Telegram kanalımız