AZ

Kəmalə Günəşli həbs edilir? – Hüquqşünas açıqladı

Sumqayıtda yerləşən “Park Palace” şadlıq sarayında keçirilən toy zamanı müğənni Kəmalə Günəşli ilə məclis sahibi arasında insident baş verib. İddialara görə, oğluna sünnət toyu təşkil edən Vəfa Mikayılova 4 saatlıq çıxış üçün razılaşdırılmış 4 min manatı sənətçiyə ödəməkdən imtina edib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb. İddia edilir ki, mübahisə zamanı Kəmalə Günəşli masadakı içki bakalını götürərək məclis sahibinə atıb, nəticədə bakal oradakı qohumlardan birinin üzünə dəyərək ona xəsarət yetirib. Hazırda məsələ ilə bağlı araşdırma aparılır və müğənni barəsində cinayət işinin başlandığı da iddialar arasındadır.

Bəs belə bir vəziyyətdə məsuliyyət yalnız ifaçının üzərində qalır? Müğənniyə vəd olunan qonorarı ödəməyən toy sahibinin hüquqi aqibəti necə ola bilər? 

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanovdeyib ki, toyda müğənni tərəfindən hər hansı bir fiziki hücum, şiddət, fiziki təmas varsa, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət olunması normal haldır.

Vəkilin sözlərinə görə, xəsarət varsa, buna uyğun araşdırma aparılacaq:

“Ola bilər ki, müğənninin etdiyi hərəkət cəmiyyətə açıq şəkildə hörmətsizliklə müşayiət olunan xuliqanlıq hərəkəti kimi qiymətləndiriləcək. Toy sahibinin isə 4000 manat əvəzinə az pul verməsi artıq maddi məsuliyyət formalaşdırır. Kəmalə xanımın da şəxsin ona vəd olunmuş qonorarı ödəmədiyinə görə məhkəməyə müraciət etmək hüququ var”.

ramil

Ramil Süleymanov

Vəkil müğənniyə qarşı atılan addımın yanlış olduğunu vurğulayıb:

“Müğənnilərə qarşı bu şəkildə davranış qəbuledilməzdir. Çünki müğənni də bir insandır. Gərək ifaçılar da işlərini mütləq şəkildə etibarlı tutmaq üçün öncədən qarşı tərəflə müqavilə bağlasınlar. Belə olduğu halda bütün ödəniş, o cümlədən müğənninin davranışı və sair həmin müqavilədə öz əksini tapmalıdır”.

Seçilən
7
bakuinfo.net

1Mənbələr