İsrailə hücum etmək üçün köhnə nəsil raketlərdən istifadə edilib, yeni silahlar isə hələ yerləşdirilməyib.
Hakimiyyet.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Siyasi və İdeoloji İdarəsinin rəisi Əli Səidi bildirib.
"Əməliyyatımızda istifadə edilən raketlərin əksəriyyətinin köhnə nəsil İran silahları olması diqqətəlayiqdir. Əgər İranın daha müasir imkanlarından istifadə edilərsə, düşmən indiyə qədər eşitdiyi güclə üzləşəcək", - Səidi deyib.