İsrail ordusu İranın Xarici İşlər Nazirliyinə məxsus binalardan birini hədəfə alıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı İranın xarici işlər nazirinin müavini açıqlayıb.
Rəsmi şəxsin sözlərinə görə, zərbə XİN-ə aid obyektlərdən birinə yönəlib, lakin hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik paylaşılmayıb.
Hazırda hücumun nəticələri və mümkün itkilərlə bağlı İran tərəfindən ictimaiyyətə geniş məlumat verilməyib. Gərginliyin bu səviyyəyə yüksəlməsi iki ölkə arasında münasibətlərin daha da pisləşəcəyindən xəbər verir.
Şahanə Rəhimli
Musavat.com