AZ

Politoloq: İranda panika artır, əhali Azərbaycan və Türkiyəyə axışır

Politoloq: İranda panika artır, əhali Azərbaycan və Türkiyəyə axışır

İlqar Altay: İranda panika artır, əhali şimala – Azərbaycan və Türkiyə istiqamətində axışır

İran və İsrail arasında hərbi gərginlik getdikcə dərinləşir. Son məlumatlara əsasən, İranın cavab atəşlərinə qarşı İsrailin həyata keçirdiyi daha kəskin hücumlar və dağıdıcı zərbələr ölkə daxilində böyük həyəcan və narahatlıq yaradıb.

AFN.az xəbər verir ki, bu barədə siyasi şərhçi İlqar Altay sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, Tehran, İsfahan və İranın cənub-şərq bölgələrindən əhali kütləvi şəkildə şimala – Xəzər dənizi istiqamətinə axışır. Bundan başqa, Qərbi İran və Güney Azərbaycan bölgələrindən də Azərbaycan və Türkiyəyə doğru ciddi hərəkətlilik müşahidə olunur.

“Yazıq camaat artıq görür və yaxşı anlayır ki, İran bu müharibəni uduzur. Rejimin "Zəfər çalırıq, Mehdi gəlir!" təbliğatı işə yaramır. İnsanlar öz gözləri ilə görürlər ki, İran hakimiyyət elitası ailələrini xüsusi təyyarələrlə ölkədən çıxarır. Ölkədə panika hökm sürür”, – deyə İlqar Altay bildirib.

O qeyd edir ki, yollar kilometrlərlə tıxaclıdır, nəqliyyat sıxlıq içindədir, məmurlar və generallar yalnız özlərini düşünür. Bu vəziyyətin davamı nəticəsində ölkədə idarəetmənin pozulması, kütləvi itaətsizlik, üsyan və iğtişaş ehtimalı yaranıb.

İlqar Altay eyni zamanda bildirir ki, Rusiya, Çin və Pakistanın İrana hərbi və texniki yardım göstərməsinə dair məlumatlar dolaşır. Bu raketlər və silah sistemlərinin göndərilməsi, onun fikrincə, ABŞ və NATO-nun münaqişəyə birbaşa hərbi müdaxiləsini qaçılmaz edə bilər.

“Bu halda İran beynəlxalq savaş meydanına çevrilə bilər və bu, bölgə üçün çox təhlükəli ssenaridir”, – deyə o xəbərdarlıq edib.

Paylaşımda yer alan videoda Tehranda İsrailin İranın Sepah (kəşfiyyat) təşkilatına zərbə endirdiyi görünür. Zərbələrin davam etdiyi bildirilir.

Seçilən
34
afn.az

1Mənbələr