AZ

Bizim üçün Qarabağ ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik

ain.az, Apasport portalına istinadən məlumat verir.

"Zirə"nin və Azərbaycan milli komandasının qapıçısı Aydın Bayramov Apasport.az saytına müsahibə verib. 

- “Zirə” mövsümü 2-ci pillədə başa vuraraq komanda tarixində ilk dəfə 74 xal toplamış oldu. “Zirə” üçün mövsümü necə dəyərləndirərdiniz? 

- Çox yaxşı mövsüm alındı. Şükürlər olsun ki, qarşıya qoyulan tapşırıqların öhfəsindın gələ bildik. Çıxdığımız bütün matçlarda sonuna qədər mübarizəmizi apardıq. Klub adına uğurlu nəticələr üçün əlimizdən gələni etdik. 

- Öz performansından nə dərəcədə razı qaldın? Demək olar ki, əsas heyətdə sən oynadın....

- Bu haqda bir şey deyə bilmərəm. Özüm öz performansımı dəyərləndirsəm, düzgün olmazdı. Mən məşqlərimi edib, oyunlarıma fokuslanırdım ki, komandama kömək edim. 

- Yeni mövsümlə bağlı düşüncələrin necədir? Legioner limitinin tətbiq olunmayacağını nəzərə alsaq, daha çox Tyaqo Silvanın oynamaq ehtimalını necə dəyərləndirirsən? Yoxsa, istənilən halda, şans veriləcəyini düşünürsən? 

- Sağlam rəqabət olacaq. Rəqabət isə həmişə inkişaf deməkdir. Bunun hamımıza xeyri dəyəcək. Əsas olan odur ki, komandamız uğur qazansın. - “Zirə” 2-ci yeri tutsa da, ölkə kubokundakı nəticəyə görə Avropa Liqasına deyil, Konfrans Liqasına vəsiqə qazandı. Ümumiyyətlə, “Sabah”ın kubokun finalında “Qarabağ”ı məğlub edəcəyini gözləyirdin?

- Bu futboldur. Hər şey ola bilər. Əlbəttə ki, bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi. Lakin hər cür gedişata hazır idik.

- İstənilən halda komanda Konfrans Liqasında mübarizə aparacaq və sizin növbəti məğlubiyyət lüksünüz olmayacaq. Bu haqda fikrin necədir?

- Təbii ki, çətin olacaq. Hər oyuna final matçı kimi çıxacağıq. Qarşıda hazırlaşmaq üçün bir aydan çox vaxtımız var. Uğurlu nəticə qazanmağa çalışacağıq. - “Zirə”nin artıq 48 potensial rəqibi var. Düzdür, bu qədər rəqiblər arasından seçim edib, hamısı haqqında fikir bildirmək çətindir. Amma siyahıya baxanda hansı rəqiblə qarşılaşmamaq istərdiniz?

- Rəqib seçmək düzgün olmazdı. Əsas öz hazırlığımıza konsentrasiya olmalıyıq. Püşkatmada rəqibimiz bilindikdən sonra isə onlar haqda düşünüb, bir söz demək olar.

- Latviya və Macarıstanla görüşlər üçün millinin heyətində yer almışdın. Həmin görüşlərdə meydana çıxacağını ehtimal edirdin, şans gözləyirdin yəqin? Səncə, nəyə görə milli qalib gələ bilmədi heç bir oyunda?

- Düzdür, milliyə gedəndə ilk növbədə qürur hissi keçirirdəm ki, buradayam vı ölkəmi təmsil edirəm. Hər bir futbolçu kimi mən də oynamaq üçün çalışıram, bunun üçün can atıram, şams gözləyirəm. Geri qalanı isə məşqçilər korpusunun qərarıdır. Bizə də düşən ona hörmətlə yanaşmaq, meydanda və ya meydandan kənarda komandaya xeyir verməyə çalışmaqdır. Çünki milli hamımızıb qürurudur. Çoxlu qol epizodu yaratdıq hər iki matçda. Sadəcə istifadə edə bilmədik.

Berezutski “Sabah”ı tərk etdi - RƏSMİ

AFFA qalibləri mükafatlandırdı

“Şamaxı” futbolçusu ilə müqavilə yeniləyib

"Zirə" futbolçusu ilə müqavilə müddətini uzadıb

“Zirə” 2 futbolçusu ilə yollarını ayırıb

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
2
apasport.az

3Mənbələr