AZ

ABŞ səfirliyi vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırıb

ABŞ-nin İrandakı virtual səfirliyi öz vətəndaşları üçün bildiriş dərc edib.
 
Oxu.Az xəbər verir ki, virtual nümayəndəliyin veb-saytında dərc olunan bildirişdə amerikalılara İranı tərk etmək tövsiyə olunub.
 
Səfirlik vətəndaşlarına İranı Azərbaycan, Ermənistan və ya Türkiyə sərhədindən keçərək tərk etməyi təklif edib.
 
Bildirilib ki, amerikalılar Astara sərhəd-keçid məntəqəsinə yollanmazdan əvvəl Azərbaycan hökumətindən icazə almalı, Azərbaycana keçmək istəyən vətəndaşlar ABŞ-nin Bakıdakı səfirliyi ilə əlaqə saxlamalıdırlar.
Seçilən
6
14
moderator.az

10Mənbələr