AZ

Səid Paşayev qitə çempionu oldu - AÇ

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U17 Avropa çempionatı başa çatıb.

"Football-plus.az" xəbər verir ki, yarışın son günündə medal şanslarını qoruyan dörd sərbəst güləşçimiz döşək üzərinə çıxıb.

Həsən Həsənov (60 kq) finalda Zorab Aloyevə (Ukrayna) 4:5 hesabı ilə məğlub olaraq U17 Avropa çempionatının gümüş mükafatçısı olub.

Səid Paşayev (92 kq) isə finalda rusiyalı Abdurazak Şabanova (UWW) 6:5 hesabı ilə qalib gələrək U17 Avropa çempionu titulunu qazanıb.

Təsəlliverici mərhələdə Bugra Kavaka (Türkiyə) 2:1 hesabı ilə qalib gələn Ramal Mirhüseynov (51 kq) daha sonra Vahan Azaryanı (Ermənistan) da 10:6 hesabı ilə məğlub edərək U17 Avropa çempionatının bürünc medalını qazanıb.

Bürünc mükafat uğrunda mübarizə aparn Ömər Usubov (45 kq) nəticədə 5-ci yeri tutub.

Daha əvvəl Azərbaycan komandası 9 medal - 4 qızıl, 1 gümüş və 4 bürünc qazanmışdı. Rihad İbrahimli (110 kq), Əbdülrəhman Hüseynli (45 kq), Rəvan Həsənzadə (48 kq) və Ruslan Əlizadə (55 kq) Avropa çempionu olublar. Əli Nəzərov (60 kq) gümüş, Qurban Məcnunov (48 kq), Nicat Yeylaqaliyev (80 kq), Nəzrin Əhmədli (46 kq) və Hakim Tağıyev (110 kq) bürünc mükafatçı olublar.

Seçilən
12
1
football-plus.az

2Mənbələr