Şimali Makedoniyanın paytaxtı Skopyedə 17 yaşadək güləşçilər arasında təşkil olunan Avropa çempionatına yekun vurulub.

Offsideplus.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə 45, 51, 60, 71 və 92 kq-da qaliblər müəyyənləşib.

Azərbaycan idmançıları bir dəst medal qazanıblar.

Həsən Həsənov (60 kq) gümüş. Ramal Mirhüseynov (51 kq) isə bürünc medala layiq görülüb.

Təmsilçilərimizdən Səid Paşayev (92 kq) rusiyalı Abdurazak Şabanovu 6:5 hesabı ilə məğlub edərək Avropa çempionu olub.

Beləliklə, yığmamız Avropa çempionatını 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Bundan öncə Rəvan Həsənzadə (48 kq) və Ruslan Əlizadə (55 kq) çempion olub, Hakim Tağıyev (110 kq) isə üçüncü yeri tutub.

Qitə çempionatında yunan-Roma güləşçilərimiz 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Xanım idmançılarımızın yalnız biri fəxri kürsünün üçüncü pilləsinə qalxıb.