AZ

Minlərlə İran vətəndaşı Türkiyəyə keçmək istəyir

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrail və İran arasında davam edən qarşılıqlı hücumlar fonunda bölgədə gərginlik kritik həddə çatıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün İsrailin hava hücumlarını daha da intensivləşdirməsi nəticəsində minlərlə iranlı ölkəni tərk etməyə başlayıb.

Xüsusilə Tehran və digər iri şəhərlərdə yaşayan insanlar müxtəlif yollarla ölkədən çıxmağa çalışır. Ən çox sıxlıq Türkiyə ilə sərhəddə yerləşən Gürbulak Sərhəd Qapısında müşahidə olunub.

Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) yayımladığı açıqlamada bildirilir ki, günün ilk yarısında sərhəddə ciddi sıxlıq qeydə alınmasa da, axşam saatlarında vəziyyət dəyişib və sərhədi keçmək istəyənlərin sayı kəskin şəkildə artıb.

Qeyd edək ki, iranlılar Türkiyəyə vizasız səyahət hüququna malikdirlər və bu hüquqla 90 günə qədər ölkədə qalmaq icazəsi verilir. Lakin bu icazə yalnız turistik məqsədlər üçün keçərlidir, sığınacaq və ya qaçqın statusu almaq üçün isə ayrıca hüquqi prosedur tələb olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
yeniavaz.com

1Mənbələr