AZ

MOSSAD İran daxilində də hücumlarını davam etdirir - Tehranda bomba yüklü 5 avtomobil partladıldı, 14 nüvə alimi öldürüldü…


İsrailin İrana hücumları davam edir. Paytaxt Tehranı hədəf alan ballistik raket hücumları ilə yanaşı, İsrail Tehran daxilində də bomba yüklü avtomobil hücumları həyata keçirir. Son məlumatlara görə, Tehranda baş verən 5 ayrı avtomobil bombalı hücumda İranın nüvə proqramında çalışan 14 nüvə alimi həyatını itirib.

Partlayışlar şəhərin müxtəlif yerlərində eyni vaxtda baş verib. Hücumların MOSSAD tərəfindən təşkil edildiyi bildirilir.

İsrailin Tehranda həyata keçirdiyi hücumda həyatını itirən nüvə alimlərinin adları və şəxsiyyətləri ilə bağlı hələlik dəqiq məlumat yoxdur. İran hökumətinin yaxın saatlarda mövzu ilə bağlı açıqlama verəcəyi gözlənilir.

TAHİR

Seçilən
19
baki-xeber.com

1Mənbələr