“Bu, bizim üçün ən çətin və buvaxta kimi yüksək liqada keçirdiyimiz ən ambisiyalı sezon kimi yaddaşımızda qaldı”.
Futzal üzrə “Baku Fire”ın baş məşqçisi Teymur Eyvazov Sportinfo.az-a açıqlamasında belə deyib.
Yüksək Liqada mövsüm yaxınlarda başa çatdı. «Araz-Naxçıvan» yenə çempion oldusa, «Neftçi»İK-i qabaqlayan «Baku Sfire» gümüş medalları qazandı. Mütəxəssis
«Çempion olmağı qarşımıza məqsəd qoymuşduq. Düzdür, bir az böyük səslənə bilər, amma keçan sezon çempionatda ikinci olduğumuz halda, builki yanaşmamız normaldır.
Çempionata uğurlu start verdik, əsas rəqiblərimizə qalib gəldik. Beş ay birinci yerdə olduq və mövsümün sonuna kimi rəqabəti saxladıq.
Nəticədən asılı olmayaraq, «Baku Fire»ın builki performansı Azərbaycan çempionatına xüsusi rəng qatdı. Son turlara qədər turnir cədvəlində iddiamızı qoruduq.
Sezonu dəyərləndirsəm, bir sözlə onu deyərəm ki, udmasaq da, uduzmadıq! Birinci yeri tutmağımıza mane olan faktorlardan ən birincisi hakimlərin «Araz»la üçüncü oyunda buraxdıqları kobud səhv oldu.
Hamı bilir ki, hakimin həmin oyunda verdiyi qərəzli qərarlar bizi çempionluqdan etdi.
Yarış bitdi, geriyə baxsaq, görərik ki, Azərbaycan futzalının rifahı üçün böyük işlər gördük. Hər dəfə milli komandanın təlim-məşqlərina klub olaraq ən çox «Baku Fire» futzalçı göndərdi.
Klubumuz neçə-neçə gəncin və cavan nəslin sağlam həyata, idmanla məşğul olması naminə illərdir böyük işlər görür. İstər futzal, istər minifutbol, istərsə də çimərlik futbolu yığmamızda «Baku Fire»ın yetirmələrini görə bilərsiz.
Gənc və perspektivli oyunçuları daim nəzarətimizdə saxlayırıq, onların bir tək idmançı kimi deyil, həmçinin bir idman mütəxəssisi olaraq inkişafında, təhsil və digər məsələlərində dəstək oluruq.
Bütün bu işlərin bariz nümuməsi Birinci Liqada iştitak edən, məşqçi Tahir Məcidovun çalışdırdığı cavanlardan ibarət komandamızın builki çempionluğudur.
Mən inanıram ki «Baku Fire-2» nin heyətində yenr alan gənc və perspektivli oyunçular futzalımızı irəli aparacaq».