AZ

Xameneinin həyatı Trampın qərarı ilə xilas olub? – Netanyahu nə təsdiq etdi nə də...

İsrailin Baş naziri Benyamin Netanyahu "Fox News" telekanalına verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın Ayətullah Əli Xameneinin fiziki məhv edilməsinə qadağa qoyduğu barədə yayılan məlumatları nə təsdiqləyib, nə də təkzib edib.

Musavat.com xəbər verir ki, jurnalistin bu barədə birbaşa sualına cavabında Netanyahu bildirib ki, "bütün detalları ictimaiyyətə açıqlamaq doğru olmazdı", və əlavə edib: “Biz ABŞ-la hər zaman sıx əməkdaşlıq etmişik və bu əməkdaşlıq bu gün də davam edir.”

Qeyd edək ki, bəzi Qərb mənbələri Tramp administrasiyası dövründə Xameneiyə qarşı kəskin tədbirlərin müzakirə olunduğunu, lakin Trampın bu məsələ ilə bağlı ehtiyatlı yanaşdığını iddia etmişdilər.

Musavat.com

Seçilən
17
2
musavat.com

3Mənbələr