AZ

Rafael Fiziyev: Buna görə çoxlu cinayət işi açıla bilərdi

BAKI, 15 iyun. TELEQRAF

UFC döyüşçüsü Rafael Fiziyev Qırğızıstan əvəzinə Azərbaycanı təmsil etməyə başlamasının səbəbini açıqlayıb.

Teleqraf xəbər verir ki, 32 yaşlı idmançı bu barədə SHMS yutub kanalına müsahibəsində danışıb.

Fiziyev Qazaxıstanda anadan olub, lakin uşaqlığını və gəncliyini Qırğızıstanda keçirib. O, 2021-ci ildə şiələrə olan zülmə görə bu ölkədən imtina edərək Azərbaycan adından döyüşməyə başlayıb.

"Qırğızıstanda bu (dini) zəmində insidentlər və təqiblər var idi. Qırğızıstanın Dini Birliyi düşüncəsiz şəkildə mənim inancıma və mənə qarşı çıxdı. Savadsız fanatiklər isə mənə nifrət dolu münasibət göstərməyə başladılar. Bu nifrətə heç kim reaksiya da vermədi...

Buna görə çoxlu cinayət işi açıla bilərdi. Hakimiyyət diqqət göstərmədi, ictimaiyyət isə dəstəkləmədi. Deməli, bura mənim deyil, mənim evim deyil. Çünki belə bir nifrət qarşılığında dəstəksizsən. Tarixi vətənimin olduğu, mənim kimi insanların yaşadığı yerə getməyi seçdim. Hər şey belə olub", - deyə Fiziyev bildirib.

Qeyd edək ki, Rafael Fiziyev 2021-ci ildən Azərbaycan bayrağı altında çıxış edir. Onun atası azərbaycanlı, anası isə rusdur.

Seçilən
23
teleqraf.com

1Mənbələr