SİA-nın məlumatına görə,Reuters iki ABŞ rəsmisinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsrailin İranın ali dini lideri Ayətullah Əli Xameneini öldürmək planına “veto qoyub”.
...İranlılar artıq amerikalı öldürüblər? Xeyr. Onlar bunu etməyənə qədər biz siyasi rəhbərliyin arxasınca getməkdən belə danışmırıq, - mənbələrdən biri deyib.
Tramp deyir ki, o, İsrail və İran arasındakı münaqişəni “asanlıqla” bitirə bilər.
ABŞ prezidenti həmçinin İranı Amerika hədəflərinə zərbə endirməkdən çəkindirib.
...WSJ qəzeti daha əvvəl yazmışdı ki, Xamneyi İsrailin zərbələri üçün potensial hədəf kimi istisna edilmir. Bu barədə nəşrə adı açıqlanmayan İsrail rəsmisi məlumat verib. Onun sözlərinə görə, İsrail İranın nüvə proqramını məhv etməyə kömək edəcəyi təqdirdə istənilən potensial hədəflərə zərbə endirməyə icazə verəcək.
Əli Babayev