AZ

İranın son zərbələrindən 12 nəfər ölüb, 385 şəxs yaralanıb -İSRAİL SƏHİYYƏ NAZİRLİYİ

İsrail xəstəxanaları dünən gecə İranın yeni zərbələri dalğasında yaralanan 385 nəfəri qəbul edib.

 

Senzor.az bildirir ki, bu barədə İsrail Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, ölkədə 24 saat ərzində 12 nəfər ölüb, ümumilikdə isə İranın zərbələrinin başladığı 13 iyun axşamdan indiyə qədər İsraildə artıq 15 nəfər dünyasını dəyişib.

 

Qeyd olunub ki, xəsarət alanlardan 7 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta-ağır, 298 nəfərin vəziyyəti isə yüngüldür.


Seçilən
21
14
senzor.az

10Mənbələr