AZ

AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu gün Bakıdan Türkiyənin Adana və Mersin şəhərlərinə yaxın ərazidə yerləşən yeni Çukurova Beynəlxalq Hava Limanına ilk birbaşa reysini uğurla həyata keçirib.

AZAL-ın mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, yeni marşrut üzrə uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetirilir. Bu reyslər yalnız Adana və Mersin deyil, həm də yaxınlıqdakı digər bölgələrə səyahət edən sərnişinlər üçün əlavə rahatlıq yaradacaq.

Uçuşdan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında sərnişinlər üçün təntənəli tədbir təşkil olunub. Təyyarə Çukurova Beynəlxalq Hava Limanında da səmimi şəkildə qarşılanıb, sərnişinlərə şirniyyatlar təqdim edilib.

Seçilən
11
29
hafta.az

10Mənbələr