AZ

Ərdoğan ikinci dəfə Trampla danışıqlar apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla yenidən telefon danışığı aparıb.

Modern.az TRT-yə istinadən xəbər verir ki, onlar İsrail – İran münaqişəsini müzakirə ediblər.

“Ərdoğan İsrail ilə İran arasında qarşıdurmanın sona çatdırılması və bölgədə sülhün təmin edilməsi istiqamətində ABŞ Prezidenti Trampın son açıqlamalarını məmnuniyyətlə qarşıladığını, bütün bölgəni oda ata biləcək bir fəlakətin qabaqlanması üçün dərhal hərəkətə keçilməsi lazım olduğunu vurğulayıb”, – rəsmi açıqlamada deyilir.

Türkiyə lideri “nüvə mübahisəsinin” ancaq diplomatik yolla həll edilməli olduğunu vurğulayıb. O bu istiqamətdə Ankaranın “vasitəçilik daxil olmaqla hər cür səy göstərməyə hazır olduğunu bildirib”.

Xatırladaq ki, ötən gün də Türkiyə və ABŞ liderləri telefon danışığı aparıb.

Seçilən
60
50
modern.az

10Mənbələr