AZ

İsrail İran kəşfiyyat rəhbərini və müavinini ÖLDÜRDÜ

Netanyahu: “Rejim dəyişikliyi məqsədimizdir”

KONKRET.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin Tehran şəhərində həyata keçirdiyi hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsinin rəhbəri general Məhəmməd Kazemi və onun müavini Həsən Möhəqqiq həlak olublar. Bu barədə məlumatlar artıq müxtəlif beynəlxalq mənbələr tərəfindən təsdiqlənib.

İsrailin Baş naziri Benyamin Netanyahu bu hadisədən sonra “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, İsrailin İrana endirdiyi ardıcıl zərbələr sırf hərbi deyil, həm də siyasi hədəf daşıyır. Onun sözlərinə görə, “bu zərbələrlə İslam Respublikasında rejim dəyişikliyi baş verməsi üçün zəmin hazırlanır.”

“Biz İrana sadəcə cavab vermirik. Biz hesab edirik ki, bu rejim öz xalqına və bölgəyə təhlükədir. İsrailin strategiyası təkcə təhlükələri dəf etmək deyil, həm də bu təhlükələrin mənbəyini ortadan qaldırmaqdır”, – deyə Netanyahu vurğulayıb.

İran tərəfi hələlik rəsmi açıqlama verməyib.

Natiq Səlim,
KONKRET.az

Seçilən
14
1
konkret.az

2Mənbələr