AZ

İSRAİL İRANIN DÖVLƏT BİNALARINI VURMAĞA BAŞLADI SEPAH ın kəşfiyyat rəhbəri də öldürüldü

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

İsrail ordusu və kəşfiyyat strukturlarının İrana qarşı həyata keçirdiyi “Yüksələn Şir" əməliyyatı davam edir - təkcə bu gün paytaxt Tehrana və müxtəlif şəhərlərə 100-dən çox zərbə endirilib.

“AzPolitika” teleqram kanallarına istinadla xəbər verir ki, gün ərzində onlarla hərbi infrastruktura aid obyektlərə raket hücumu həyata keçirilib.

Son saatlarda İsrail ordusu Tehranın paytaxtını və hökumət binalarını intensiv şəkildə bombalayır. Zərbələrin hədəfi bunlardır:

- İran Hərbi-Hava Qüvvələrinin qərargahı;

- Tehran polisinin qərargahı;

- İran Atom Enerjisi Təşkilatının qərargahı;

- Kəşfiyyat Nazirliyi;

- SEPAH-ın qərargahı;

- İran parlamentinin binası.

İsrailin zərbəsi nəticəsində SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) kəşfiyyat qərargahı dağılıb, dağıntılar altında İranın kəşfiyyat rəhbəri Məhəmməd Kazemi və onun müavini Həsən Mohakek qalıb.

İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciət yayımlayaraq SEPAH-ın kəşfiyyat rəhbəri və onun müavininin öldürüldüyü barədə məlumatı təsdiqləyib və bildirib ki, “İran rejimi hazırda çox zəifdir”.

O qeyd edib ki, İranda rejimin dəyişməsi mümkündür, çünki hakimiyyət artıq xalqın dəstəyini itirib və yalnız nüvə proqramı və ballistik raketlər hesabına ayaqda dayanır. “İran rejimi qadınları və tələbələri repressiyalara məruz qoyur, xalqı azadlıqdan məhrum edir. İsrail və İran xalqları arasında tarixi dostluq mövcud olub və bu dostluq İran xalqı istədiyi təqdirdə yenidən canlana bilər”, – deyə Baş nazir vurğulayıb.

İsrail kəşfiyyatı həmçinin Tehranda bir sıra təxribat hücumları həyata keçirərək, şəhərin müxtəlif yerlərində beş bomba yüklü avtomobili işə salıb.

Hücumlar nəticəsində ölən və yaralananlar olub, təfərrüatlar dəqiqləşdirilir.

İran paytaxtında böyük kanalizasiya sistemində nasazlıq qeydə alınıb: çirkab suların şəhər küçələri ilə axması sanitar vəziyyəti pisləşdirir və əhalinin sağlamlığını təhdid edir.

Bundan əlavə İranda bütün radiolokasiya sistemlərini istehsal edən Shiraz Electronics İndustries və PUA-ları(Şahed) istehsal edən İsfahan zavoduna da çox güclə zərbələr endirilib.

Ayrıca bunu da qeyd etmək lazımdır ki, Məşhəd şəhərində yerləşən hava limanına zərbə endirilib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
azpolitika.info

1Mənbələr