“Mançester Yunayted” hücumçusu Rasmus Hoylundu 2023-cü ilin yayında aldığından daha aşağı qiymətə satmağa hazırdır.
Sherg.az xəbər verir ki, “Mançester Yunayted” 2023-cü ildə 72 milyon funt-sterlinqə aldığı Rasmus Hoylundudan istədiyi nəticəni ala bilməyib. 95 oyunda cəmi 26 qol vuran hücumçu klubdan ayrılmaq istəyir. İtaliyanın “Inter” klubu Højlundla maraqlanır, lakin “Mançester” onu yalnız 38 milyon funt qarşılığında buraxmaq niyyətindədir. Inter isə icarə və ya daha uyğun maliyyə variantlarını araşdırır.