AZ

Ərdoğan bu həftə ikinci dəfə Trampla danışdı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftəsonu ikinci dəfə ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

Bildirilir ki, telefon danışığı zamanı Ərdoğan İsrail və İran arasındakı münaqişənin dayandırılması ilə bağlı Trampın mövqeyini alqışlayıb.

Ərdoğan eskalasiyanın hər iki tərəfə bərpaolunmaz iqtisadi və mülki ziyan vurduğunu nəzərə çatdırıb.

Türkiyə lideri bütün bölgəni alovlandıra biləcək bir fəlakətin qarşısının alınması üçün dərhal addım atılmasının vacibliyini vurğulayıb.

Ərdoğan nüvə mübahisəsinin həllinin yeganə yolunun diplomatiyadan keçdiyini və Türkiyənin bu yolda hər cür səy göstərməyə hazır olduğunu bildirdi.


Seçilən
12
news24.az

1Mənbələr