AZ

Avropa Gümüş Liqası: Kişi voleybolçularımız Macarıstan millisinə uduzub

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Gümüş Liqasında növbəti oyununa çıxıb.

İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, komandamız Bakıda təşkil olunan 2-ci tur çərçivəsində Macarıstan yığması ilə üz-üzə gəlib.

GİN-in Voleybol Mərkəzində baş tutan qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 3-cü turun qarşılaşmaları 20-22 iyun tarixlərində Farer adalarında təşkil olunacaq.

Bu mərhələdə rəqiblərimiz meydan sahibi və Avstriya yığması olacaq.

Avropa Gümüş Liqası

II tur (Azərbaycan)

Azərbaycan – Macarıstan 1:3 (15:25, 25:22, 18:25, 16:25)

Seçilən
29
ikisahil.az

1Mənbələr