Bakı. Trend:
Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu gün, 15 iyun tarixindəBakıdan Türkiyənin Adana və Mersin şəhərlərinə yaxın ərazidəyerləşən yeni Çukurova Beynəlxalq Hava Limanına ilk birbaşa reysiniuğurla həyata keçirdi.
Trend xxəbər verirki, yeni marşrut üzrə uçuşlar həftədə iki dəfə – cümə axşamı vəbazar günləri yerinə yetirilir.
Bu reyslər yalnız Adana və Mersin deyil, həm də yaxınlıqdakıdigər bölgələrə səyahət edən sərnişinlər üçün əlavə rahatlıqyaradacaq.
Uçuşdan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ciTerminalında sərnişinlər üçün təntənəli tədbir təşkil olunub.Təyyarə Çukurova Beynəlxalq Hava Limanında da səmimi şəkildəqarşılanıb, sərnişinlərə şirniyyatlar təqdim edilib.
AZAL-ın bu yeni marşrutu iki qardaş ölkə arasında havanəqliyyatı əlaqələrinin daha da güclənməsinə mühüm töhfə verir.
Aviabiletləri AZAL-ın rəsmi www.azal.az saytı, mobil tətbiqi, aviaşirkətinkassaları və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etməkmümkündür.