İsrailin İrana hücumu ilə başlayan gərginlik regionun təhlükəsizliyi üçün ciddi riskdir.
ONN media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman sultanı Heysəm bin Tariq bin Teymur əs-Səidlə telefon danışığında deyib.
Onun sözlərinə görə, hücumların nüvə sazişi müzakirələrinin altıncı raundu ərəfəsində baş tutması diqqətçəkən məqamdır.
Ərdoğan qeyd edib ki, nüvə mübahisəsinin həllinin yeganə yolu danışıqlardır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta