AZ

"AF Corse" komandası "Ferrari" ilə Le-Man yarışının qalibi oldu

Bakı. Trend:

Britaniyalı Filip Hanson, polşalı Robert Kubitsa və çinli Yeİfeydən ibarət "AF Corse" komandası "Ferrari" hiperkarı ilə 24saatlıq Le-Man yarış marafonunun qalibi olub.

Trend xəbər verirki, bu, 25 yaşlı Filip Hansonun Le-Man marafonunda ikinciqələbəsidir. O, ilk dəfə bu turnirdə 2020-ci ildə qalib gəlib.

Qeyd edək ki, "Ferrari" komandası əfsanəvi Le-Man yarışınıardıcıl üçüncü dəfə qazanır. 2023 və 2024-cü illərdə əsas hiperkarsinfində qələbə "Ferrari"nin zavod komandası tərəfindən təminolunmuşdu. Bu il isə həmin komanda yarışda üçüncü yeri tutub.

İkinci pillənin sahibi isə "Porsche" komandası olub.

Seçilən
16
az.trend.az

1Mənbələr