AZ

Səfirlik: İraqda olan amerikalıları izdihamlı yerlərdən uzaq durmağa çağırırıq

BAKI, 15 iyun. TELEQRAF

ABŞ-yə məxsus biznes müəssisələrinə və amerikalıların tez-tez getdiyi yerlərə qarşı hücum təhlükəsi artıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin İraqdakı səfirliyi məlumat yayıb.

"Biz İraqdakı bütün ABŞ vətəndaşlarını əcnəbilərin tez-tez getdiyi yerlərdən və hər hansı böyük izdihamlardan uzaq durmağa çağırırıq", - bəyanatda deyilir.

Xatırladaq ki, ABŞ-nin İraqdakı səfirliyi İsrailin İrana qarşı hücumunu ərəfəsində əməkdaşlarının bir qismini təxliyə etmişdi.

Seçilən
19
teleqraf.com

1Mənbələr