AZ

Goranboyda yol qəzası baş verdi, xəsarət alanlar var

GORANBOY, 15 iyun. TELEQRAF

Goranboy rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

Qəza zamanı Hacallı kənd sakini 1998-ci il təvəllüdlü Ramil Dadaşovun idarə etdiyi "VAZ-2107” markalı avtomobilin aşması nəticəsində sürücu və sərnişin Laçın Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Vəziyyətləri orta-ağırdır.

Seçilən
4
teleqraf.com

1Mənbələr