AZ

Nazir: Rusiyalı incəsənət xadimləri İrandan Azərbaycana təxliyə edilib

BAKI, 15 iyun. TELEQRAF

P.İ.Çaykovski adına Böyük Simfonik Orkestrin bütün musiqiçiləri İrandan Azərbaycana təxliyə edilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova öz “Telegram” kanalında məlumat yayıb.

"Bu gün Pyotr İliç Çaykovski adına Böyük Simfonik Orkestrin musiqiçiləri Azərbaycan sərhədini keçdilər. Dünən İranı eyni marşrutla Fyodor Bondarçukun çəkiliş qrupu tərk etdi. Hamı sağ və salamatdır!" - nazir yazıb.

Seçilən
12
4
teleqraf.com

10Mənbələr