AZ

Qarabağ Universiteti tələbələrindən növbəti uğur - Foto

Qarabağ Universitetinin tələbələri “Vergilər” mövzusunda ümumrespublika olimpiadasında yüksək nəticələr əldə ediblər.

Ucnoqta.az xəbər verir ki, iqtisadiyyat fakültəsinin tələbələri İman Zərbiyev birinci, İslam Əlizadə isə ikinci yerə layiq görülərək diplomla təltif ediliblər, həmin fakültənin tələbələri Onur Hüseynli, Ələmdar Həsənov, Rauf Penciyev, Əsmər Əzizova, Rüfət Qafarlı və Əbdülkərim Babayev isə sertifikatla mükafatlandırılıblar.

Müasir vergi orqanlarının yaradılmasının 25 illiyi ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən Olimpiadanın yekun turu DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində baş tutub.

Qalib tələbələrimizi Qarabağ Universitetinin müəllim-tələbə və inzibati heyəti adından təbrik edirik.

Seçilən
38
50
ucnoqta.az

10Mənbələr