AZ

İsrail İrana qarşı nüvə silahı işlədə bilər



"İranın İsrailə balistik raket hücumu nəticəsində dağıntılar artdıqca bu, Təl-Əvivə Tehrana qarşı nüvə silahı işlətmək imkanı yaradacaq. İsrail ərazisinin strateji dərinliyinin olmaması dezavantaj olduğu üçün Təl-Əviv ərazisini böyütmək qərarı ala bilər. Hansı ki, buna Suriya əraziləri hesabına başlanılıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O deyib ki, bu hücum İsrail-İran qarşıdurmasında yeni dövr olsa da, eyni zamanda, son dövrdür:

"Burdan sonra tərəflərdən birinin sağ çıxması mümkün deyil. İki tərəfdən biri qəti şəkildə məğlub olmalıdır. Yaxın Şərqə bundan sonra sülh, sabitlik gəlməlidir. Xəritələr yenidən cızılmalıdır. Qəzzanın artıq tamamilə İsrailin nəzarətinə keçəcəyi mütləqdir".

Azər Qasımov qeyd edib ki, İsraillə bağlı məsələlərdə bu dövrdən sonra qaranlıq məqam qalmayacaq:

"İsrail əgər qələbə çalacaqsa, Yaxın Şərqdə ona problem yaradan qüvvələr olmayacaq".

Süleyman
Seçilən
21
newscenter.az

1Mənbələr