Musavat.com xəbər verir ki, yerli mənbələrin bildirdiyinə görə, partlayış nəticəsində binada ciddi dağıntılar yaranıb. Hadisə zamanı xəsarət alanlar və ölənlərlə bağlı rəsmi məlumat verilməsə də, ərazidə fövqəladə vəziyyətin elan edildiyi qeyd olunur.
Bu hücum İsrailin son günlərdə İranın hərbi və strateji obyektlərinə qarşı həyata keçirdiyi genişmiqyaslı əməliyyatların davamı kimi qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31