ABŞ Prezidenti Donald Tramp, İsraillə İran arasında davam edən münaqişəyə ABŞ-ın müdaxilə edə biləcəyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, ABC News-a verdiyi müsahibədə danışıb.
“Bu mümkündür. Biz müdaxilə edə bilərik,” – deyə Tramp qeyd edib və əlavə edib ki, hazırda ABŞ döyüş əməliyyatlarında rəsmi olaraq iştirak etmir.
Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putinin vasitəçilik təşəbbüsünə açıq olduğunu bildirib: “O hazırdır. Bu məsələ ilə bağlı mənə zəng edib. Uzun-uzadı danışdıq,” – deyə ABŞ prezidenti vurğulayıb.
Məryəm Quliyeva