AZ

İçi sərnişinlə dolu mikroavtobus aşdı - xəsarət alanlar var

Naxçıvanda mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Batabat magistral yolunun Şahbuz rayonu Kolanı kəndi ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı 67-BF-243 dövlət nömrəli nişanlı "Mercedes" markalı mikroavtobus idarəetməni itirərək yoldan çıxıb və dərəyə aşıb. Hadisədə 3-ü qadın biri uşaq olmaqla 4 nəfər xəsarət alıb.

 

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerləşdiriliblər.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Seçilən
64
25
sfera.az

10Mənbələr