Macarıstanın paytaxtı Budapeşt şəhərində böyüklər arasında təşkil olunmuş cüdo üzrə dünya çempionatı davam edir.
Arena.az xəbər verir ki, mundialın üçüncü günündə Azərbaycan millisinin daha 3 idmançısı tatamiyə çıxıb.
Dünya çempionatı
1/16 final mərhələsi
Kişilər
73 kq
Hidayət Heydərov startda Oortuqaliyanı təmsil edən əslən gürcüstanlı Otari Kvantidze ilə qarşılaşıb. Cüdoçumuz Portuqaliya təmsilçisinə uduzub.
Eyni çəkidə yarışan Rəşid Məmmədəliyev Kazbek Naquşevə (BƏƏ) qalib gələrək növbəti mərhələyə yüksəlib. Cüdoçumuz ikinci görüşündə gürcüstanlı Laşa Şavdatuaşvili ilə qarşılaşıb və ondan da güclü olub. Rəşid 1/4 finalda Baysanqur Baqayevə (Serbiya), təsəlliverici qarşılaşmada isə yapon Tatsuki İşiharaya məğlub olub.
Qadınlar
57 kq
Fidan Əlizadə startda serbiyalı Marika Perişiçlə üz-üzə gəlib. O, bu mübarizədə məğlub olaraq yarışla vidalaşıb.
Xatırladaq ki, Azərbaycan dünya çempionatında 10 çəki dərəcəsində 13 cüdoçu ilə təmsil olunur. Yarışın ilk iki günündə kişilərin mübarizəsində Əhməd Yusifovla (60 kq) Ruslan Paşayev (66 kq), qadınlarda isə Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) erkən məğlub olaraq, mübarizəni medalsız başa vurublar.