AZ

Şamaxıdakı Mərkəzi Parkın sanitar qovşağında natəmizlik hökm sürür

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şamaxıda bir ildən artıqdır istifadəyə verilən Mərkəzi Parkın sanitar qovşağı baxımsız vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, parka nəzarət demək olar ki, yoxdur:

"Tualetin vəziyyəti bərbaddır, içəri girmək mümkün deyil. İstifadə edə bilmirik, qonaqlar gələndə utanırıq. Pis qoxu bütün parka yayılır, oturmaq olmur. İçəridə su yoxdur, bu da təmizliyə ciddi şəkildə təsir edir. Belə məkanlarda su mütləqdir. Su olmadıqda natəmizlik qaçılmaz olur".

Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən problem yaxın zamanda aradan qaldırılacaq. Amma sanitar qovşağı artıq fəaliyyət göstərməyəcək.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Şamaxıdakı Mərkəzi Parkın sanitar qovşağında natəmizlik hökm sürür

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
oxu.az

2Mənbələr