“İnter”in prezidenti Cüzeppe Marotta 44 yaşlı rumın mütəxəssis Kristian Kivunun “neradzurri”nin sükanı arxasına təyinatını şərh edib.
Arena.az jurnalsit Nikolo Skiraya istinadən, klub rəhbərinin müvafiq açıqlamasını təqdim edir:
“Futbol – hər şeyin asanlıqla yanıb kül olduğu dünyadır. Biz Simone İnzaqini çox sevirdik, amma dörd ildən sonra biz qarşılıqlı razılıq əsasında ayrılıq qərarına gəldik. Kivu – klubun tarixi və iddiaları üçün uyğun qərarıdır: qərar 24 saat ərzində qəbul edilib. O, ehtiyat seçim deyil”, deyə Marotta vurğulayıb.
Xatırladaq ki, Kristian Kivu “neradzurri”nin sükanı arxasında 49 yaşlı italyan mütəxəssis Simone İnzaqini əvəz edib. “İnter” rumın mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə bağlayıb.