AZ

Tramp İran və İsrailə müraciət edir

...ABŞ lideri Donald Tramp deyib ki, İran və İsrail razılığa gəlməlidir.

SİA-nın əldə etdiyi məlumata görə, o, Truth Social hesabında yazıb ki, İran və İsrail razılığa gəlməlidirlər və edəcəklər. O, İran və İsrail arasında tezliklə sülhün bərqərar olacağına əminliyini ifadə edib.

Bu arada, Nour News-un məlumatına görə, bütün İsrail ərazisində raket hücumları həyata keçirilir.

İRNA agentliyi İranın raketlərinin Təl-Əviv, Hayfa və Aşkelonu vurduğunu bildirib.

“The Jerusalem Post” daha əvvəl yazıb ki, İran İsrailə təsir etmək üçün vasitəçilər vasitəsilə ABŞ-a yaxınlaşıb.

Əli Babayev

Seçilən
15
sia.az

1Mənbələr