AZ

Naxçıvanda mikroavtobus aşıb, yaralılar var

Naxçıvanda mikroavtobusun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, hadisə Naxçıvan-Batabat magistral yolunun Şahbuz rayonu Kolanı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 67-BF-243 dövlət nömrə nişanlı "Mercedes" markalı mikroavtobus idarəetməni itirib.

Yoldan çıxaraq dərəyə aşan mikroavtobusda olan sərnişinlərdən 4 nəfəri xəsarət alıb.Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Seçilən
26
12
operativmedia.az

2Mənbələr