Florian Virtsin bu yay "Bayer"dən ayrılacağı gözlənilir.
Offsideplus.az xəbər verir ki, Leverkuzen təmsilçisində almaniyalı futbolçunu Castin Klyuvert əvəz edə bilər.
Bu barədə "Mail Sport" məlumat yayıb.
"Bayer"in baş məşqçisi Erik ten Haq onu komandasında görmək istəyir.
Klyuvert hazırda "Bornmut"da çıxış edir. 26 yaşlı futbolçu başa çatan mövsüm Premyer Liqada 34 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
Transfermarkt portalına görə niderlandlının bazar dəyəri 35 milyon avrodur.