AZ

İtaliya millisinin yeni baş məşqçisi rəsmiləşdi

style='margin-bottom:10px;'>

İtaliya millisinin yeni baş məşqçisi bəlli olub. 

QOL.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

Yığmanı Cennaro Qattuzo çalışdıracaq. 47 yaşlı mütəxəssis milli komandanın yeni baş məşqçisi kimi iyunun 19-da ictimaiyyətə təqdim olunacaq.

Mediada yayılan xəbərlərə görə, Qattuzo ilə bir illik müqavilə imzalanacaq. Uğurlu olduğu halda, sözləşmə daha bir il uzadıla bilər. 

Qeyd edək ki, Cennaro Qattuzo iyunun 5-də Xorvatiyanın "Hayduk" klubundan ayrılıb. O, karyerası ərzində həmçinin "Marsel", "Valensiya", "Napoli", "Milan" kimi klubları çalışdırıb. 

DÇ-2026-nın seçmə mərhələsinin ilk iki turundan sonra İtaliya millisi 3 xal toplayaraq qrupda 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, iyunun əvvəlində İtaliya yığmasının əvvəlki baş məşqçisi Luçano Spalletti istefaya göndərilmişdi.

Seçilən
12
2
teleqraf.com

5Mənbələr