AZ

ABŞ-ın Minnesota ştatında naməlum şəxs demokrat siyasətçilərə atəş açdı

ABŞ-ın

ABŞ-ın Orta Qərb bölgəsində yerləşən Minnesota ştatında naməlum şəxs yerli qanunverici orqanın iki üzvünə və onların həyat yoldaşlarına atəş açıb. Bu barədə Fox 9 telekanalı məlumat yayıb.Telekanalın məlumatına görə, hadisə saat 05:30 radələrində baş verib (Bakı vaxtı ilə 15:30). Bruklin-Park şəhərinin polisi atışma barədə məlumat aldıqdan sonra yerli sakinlərə qapılarını açmamağı tövsiyə edib.Şübhəli şəxs ağ dərili, çəhrayı-qəhvəyi saçlı kişi kimi təsvir olunur. O, göy köynək və şalvarın üstündən qara gülləkeçirməz jilet geyinib və özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edə bilər.Fox 9 bildirir ki, hadisə yerinə gələn polis əməkdaşları onunla atışmaya girib, lakin şübhəli şəxs qaçmağı bacarıb. Qaçmazdan əvvəl o, demokrat siyasətçi Melissa Hortmanı və onun həyat yoldaşını öldürüb.Həmçinin, demokrat senator Con Hoffman və onun həyat yoldaşı da yaralanıb, lakin təcili tibbi yardım onlara vaxtında yardım göstərə bilib.Hadisəyə ABŞ Prezidenti Donald Tramp da münasibət bildirib. O, Minnesota ştatında baş verən "dəhşətli atışma" barədə məlumatlandırıldığını deyib və baş verənləri "ştat qanunvericilərinə yönəlmiş məqsədli hücum" adlandırıb.Ulusum.az

Diqqət Çəkənlər

Tehranda həyəcan dolu gecə! Xameneinin iqamətgahına raket zərbəsi endirildi

Dubayda 67 mərtəbəli göydələndə yanğın: 3800-dən çox insan təxliyə edildi - VİDEO

Məhkəmə qərarı şok etdi: Ozan Güvenə 15 ay həbs!

Seçilən
8
ulusum.az

1Mənbələr