AZ

Bu yolda qaydalar dəyişdi: Sola dönənlər diqqətli olsun VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakıda nəqliyyat sıxlığının müşahidə olunduğu əsas yolların birində – Azadlıq prospekti ilə Süleyman Sani Axundov küçəsinin kəsişməsində hərəkətin təşkilində mühüm dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, Əvvəllər sözügedən kəsişmə yerində bir zolaq yalnız sola, bir zolaq isə yalnız düzünə təşkil edilmişdi. Sola dönən nəqliyyat vasitələrinin sayının çox olması yolda sıxlıq və tıxacların yaranmasına səbəb olurdu. Sürücülər uzun müddət sola dönmək üçün gözləməli olur, bu isə həm vaxt itkisinə, həm də digər istiqamətlər üzrə hərəkətin ləngiməsinə gətirib çıxarırdı.

Mövcud problemi aradan qaldırmaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ərazidə hərəkətin təşkilinə dəyişiklik olunub. Belə ki, dəyişiklikdən sonra hərəkət zolaqlarının sayı artırılıb. Hal-hazırda sola dönmək üçün iki zolaq, düzünə hərəkət etmək üçün isə sağ kənar zolaq nəzərdə tutulub.

Ərazidən qeydə alınmış videogörüntünü təqdim edirik.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
avtosfer.az

1Mənbələr