İran İraqı hava məkanına nəzarəti gücləndirməyə çağırıb
İran prezidenti Məsud Pezeşkian İraqın baş naziri Məhəmməd əl-Sudani ilə telefon danışığı zamanı Bağdad hakimiyyətini İsrailin bu ölkənin hava məkanından istifadəsinin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.
Demokrat.az xəbər verir ki, bu barədə İran Prezidentinin dəftərxanasının bəyanatında bildirilib.


