Sərvaz Hüseynoğlu,
“Ədəbiyyat qəzeti”nin şöbə redaktoru, şair.
***
Ruhu nigarandı şah babamızın,
Dili quruyubmu el-obamızın?
Şair qardaşlarım, barı siz yazın-
Təbrizi vuranın əli qurusun.
Adlyla dost tutub, bazar quranın,
Yoluyla at sürüb, maşın yoranın,
Xoş gündə mənimdi deyib duranın
Bir də Təbriz desə dili qurusun.
Üzündə qalıbdı Bakımın əli,
Bəllidi fırladan bu ağır vəli,
Min yerdən çatlayır Gəncəmin dili-
Təbrizi vuranın əli qurusun
MİA.AZ