AZ

Bahar Muradova: Şuşada toplaşmağımız həmrəyliyə sadiqliyimizin təcəssümüdür

ain.az, Bakivaxti saytına istinadən bildirir.

"Bu gün məhz Şuşada olmağımız tarixi yaddaşımıza ehtiramın, həm də gələcəyə yönəlik qətiyyətli baxışımızın təzahürüdür".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şuşada keçirilən “Yeni dünya nizamı: geosiyasi yönlər və qlobal çağırışlar” mövzusundakı beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, 1993-cü ilin iyununda ölkəmiz taleyüklü bir seçim qarşısında idi:

"Milli xaosdan dövlət quruculuğuna, təhlükədən sabitliyə, ümidsizlikdən qurtuluşa gedən yol məhz ümummilli lider Heydər Əliyevin xalqın çağırışına cavab verməsi ilə başlandı. O dövrdə yalnız idarəçilik yox, inam və ləyaqət bərpa olundu. Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin əsas təməl daşları - konstitusiyamız, milli suverenliyimiz və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasət xətti formalaşdı. Məhz bu gün burada xalqımızın taleyində əlamətdar rol oynamış Milli Qurtuluş Günündə toplaşmağımız ədalət və həmrəyliyə sadiqliyimizin təcəssümüdür.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
2
bakivaxti.az

3Mənbələr