AZ

UFC gecəsinin əsas döyüşçüsü Bakıya gəldi

BAKI. 15 iyun. TELEQRAF

İyunun 21-də Bakı Kristal Zalında keçiriləcək “UFC on ABC: Hill vs. Rountree Jr.” döyüş gecəsinin əsas döyüşçüsü, yarım ağır çəki dərəcəsində keçmiş çempionu Camal Hill Bakıya gəlib.

Teleqraf xəbər verir ki, döyüşçü komandası ilə birlikdə Azərbaycan paytaxtındadır.

UFC-nin Azərbaycan tarixində ilk dəfə keçiriləcək bu möhtəşəm gecəsində çıxış edəcək Hill azarkeşlərin səbirsizliklə gözlədiyi qarşılaşmaya yüksək motivasiya ilə hazırlaşır.

Qeyd edək ki, Camal Hillin iyunun 19-da gəlişi gözlənilirdi. Lakin həmin gün o, İsrail - İran gərginliyi ilə əlaqədar təyyarəyə minməkdən imtina edib.

Seçilən
34
9
teleqraf.com

10Mənbələr