Tehran hücumları dayandırmağa, Oman və Qətər vasitəsilə nüvə sazişi üzrə danışıqları bərpa etməyə çağırır. Bu barədə “The Jerusalem Post” öz mənbələrinə istinadən məlumat yayıb. Belə ki, Səudiyyə Ərəbistanı da tərəflər arasında atəşkəsə nail olmaq üçün səylər göstərir. Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi həttarespublikanın nüvə silahına malik olmayacağına zəmanət verən saziş bağlamağa belə hazır olduğunu bildirmişdi. Bununla belə, əgər məqsəd Tehranı nüvə hüququndan məhrum etməkdirsə, ölkə belə bir razılaşmaya hazır deyil, deyə nazir vurğulayıb.
Surxay Əliyev