
Türkiyə Boğaziçi və Çanaqqala boğazlarından keçən gəmilər üçün tətbiq edilən rüsumlarda artıma gedir.
Yeniavaz.comxəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu NTV kanalına açıqlamasında məlumat verib.
Nazirin sözlərinə görə, 2025-ci il iyulun 1-dən etibarən gəmilərin boğazlardan keçid haqqı 15% artırılacaq və bu, 5,83 ABŞ dolları səviyyəsində müəyyən olunacaq. Yeni qiymət Türkiyənin bu sahədə uzunmüddətli iqtisadi siyasətinin bir hissəsi kimi qəbul edilir.
Uraloğlu bildirib ki, bu dəyişiklik boğazlardan keçid tariflərinin yenilənməsi istiqamətində atılan dördüncü addımdır və 2022-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı fərmana əsasən həyata keçirilir.