BAKI, 15 iyun. TELEQRAF
Son saatlarda İsrailin hücumları təkcə Tehrana deyil, digər İran şəhərlərinə də yönəlib.
Teleqraf xəbər verir ki, xüsusilə İsfahan şəhəri hücuma məruz qalıb.
İsrail mənbələri bu şəhərdəki nüvə tədqiqatları mərkəzinə hücum edildiyini iddia edir. Buna qarşılıq, İran KİV-ləri zərbənin məişət texnikası mağazasına dəydiyini bildirib.